Rusiyanın Nijni Novqorod şəhər sakini olan qadına təcavüz etdiyinə görə həbs olunan, cəzasını çəkdikdən sonra bu ilin aprel ayında azadlığa çıxan 54 yaşlı kişi həmin qadını təkrar zorlayıb. Hadisə sentyabrın 7-də baş verib. Saxlanılan şəxs eyni əmələ görə yenidən dəmir barmaqlıqlar arxasına göndərilib.

Unikal.org virtualaz.org-a istinadən bildirir ki, cinayət materiallarına əsasən, kişi 51 yaşlı dostu ilə birgə qadının yaşadığı evə soxularaq onu amansızcasına döyüb, daha sonra isə zorlayıb.

"Ona elan olunan ittihamla özünü təqsirli bilməmişdi, cinayətdə əli olmadığını deyirdi, günahsızlığını sübut etməyə çalışırdı, məhkəmənin qərarı ilə razılaşmırdı. Müstəntiqlər güman edirlər ki, məhz ilk dəfə onu polisə satan qadına qarşı inciklik belə bir cinayəti törətməyə sövq edib", - idarə mətbuat xidmətinin xəbərində bildirilir.