Türkiyənin Konya şəhərində dəhşətli hadisə baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı İsmail M. gənc qadını izləyib. Daha sonra qadının arxasınca liftə daxil olub və ona təcavüz edib.

Qadın İsmailin əlini dişləyib və qışqıraraq liftdən çıxıb.

Bildirlir ki, evli qadın binaya daxil olub. Bu zaman İsmail onun arxasınca gələrək cinsiyyət orqanını çıxarıb və qadının belini qucaqlayıb. Qışqıraraq qaçan qadın onu polisə şikayət edib. İsmail isə əməlini boynundan atıb. Sonra isə qadının belindəki dırnaq cızıqlarından nümunə götürülüb və İsmailin dırnaq nümunəsi ilə eyni olduğu məlum olub. 18 yaşlı oğlan həbs edilib.


Konya'da asansörde cinsel taciz

Konya'da asansörde cinsel taciz