Azərbaycanın daxili işlər orqanları əməkdaşları ölkədə keçiriləcək referendum günü gücləndirilmiş iş rejimində çalışacaqlar.

Unikal.org bildirir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə ölkə polisi sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək. Gücləndirilmiş iş rejimi sentyabrın 29-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, referendum 2016-cı il sentyabrın 26-da keçiriləcək.