Unikal.org bildirir ki, Milli.Az-a daxil olan məlumata görə, ANS-in aparıcısı Rövşanə Ağasəfqızı yenidən "Space" telekanalında fəaliyyətə başlayacaq. Faktı təsdiqləyən bir məqam da aparıcının bu günlərdə məclislərdən birinə məhz "Space" TV-nin "Siqnal" verilişinin aparıcısı Zamirə Dadaşova ilə gəlməsidir.
Qeyd edək ki, Rövşanə Ağasəfqızı mətbuata bu gün verdiyi açıqlamada ANS-dən çıxdığını təsdiqləsə də, hansı kanala getdiyini sirr saxlamışdı.