Rezeda Ganiullina adlı tatar müğənninin məscid fonunda çəkdirdiyi klip Rusiyada etirazlara səbəb olub.

Unikal.org-un Rusiya mətbuatına istinadən məlumatına görə, mahnı internetdə yayımlandıqdan sonra izləyicilərin çoxu müğənnini həm özünü, həm də tatar xalqını biabır etməkdə günahlandırıblar və klipi "Allahın evi qarşısında striptiz" adlandırıblar.

Rusiyada aidiyyəti qurumlar məsələylə bağlı araşdırmaya başlayıblar. Rezeda mahnıda insan və din azadlığı haqda mesaj verməkdə də diqqət çəkir. 

Tatarıstan müftisi Kamil Samiqullin klipin çəkildiyi bolqar torpaqlarının tatar xalqı üçün müqəddəs olduğunu deyib: "İslam adətlərimiz başlanğıclarını buradan götürürlər. Müğənnilər məscidlərimizə gəlsinlər. Qapılarımız hər kəsə açıqdır. Amma məscidə dua etmək və təmizlənmək üçün gəlsinlər".