Almaniya Bundesliqasında mübarizə aparan "Kölnklubunun rəhbərliyi qeyri-adi qərar qəbul edib. 

Unikal.org bildirir ki, rəhbərlik komandanın azarkeşlərindən birini məhkəməyə verməyə hazırlaşır.

Almaniya mətbuatında yer alan məlumata görə, "Köln 2014-cü ildə baş vermiş hadisəyə görə məhkəməyə müraciət edəcək. Həmin vaxt stadiona partlayıcı maddə gətirən azarkeş yeddi nəfərin yaralanmasına səbəb olmuşdu.

Almaniya Futbol İttifaqı məhz bu səbəbdən kluba 50 min avro cərimə kəsmişdi. Almaniya Federal Ali Məhkəməsi klubun azarkeşi məhkəməyə verə biləcəyilə bağlı qərar çıxarıb.

"Köln rəhbərliyi bu qərardan yararlanmaq niyyətindədi. Onlar Almaniya Futbol İttifaqının tətbiq etdiyi cəriməni azarkeşin ödəməsini istəyirlər.