Bakı Ali Neft Məktəbində (BANM) sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə də dəyişiklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar iclas keçirilib.

Unikal.org xəbər verir ki, iclasda BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında " Azərbaycan Respublikasının Referendum Aktının layihəsi barədə Sərəncamının ölkəmiz üçün əhəmiyyətindən söz açaraq növbəti referendumun keçirilməsinin ölkəmizdə yeni islahatların həyata keçirilməsinə hesablanmış mütərəqqi addım olduğunu bildirib. Elmar Qasımov ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan bu hadisənin vacibliyindən danışıb. Rektor 26 sentyabrda keçiriləcək referendumda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin xalqımızın rifahına, yüksəlişinə, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha geniş mənada qorunmasına və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıb. Rektor Azərbaycan vətəndaşlarının bu dəyişiklikləri yekdilliklə dəstəkləyəcəyinə əmin olduğunu deyib. Elmar Qasımov Azərbaycan dövlətinin işıqlı gələcəyi naminə Konstitusiya islahatlarına səs verməyə çağırıb.

İclasda digər çıxış edənlər ölkənin əsas qanununa təklif edilən dəyişiklikləri dəstəklədiklərini və referendumda iştirak edəcəklərini bildiriblər.