Salyan rayonunda bankomatdan oğurluq olub.

Unikal.org apa-ya istinadən  xəbər verir ki, hadisə ötən gecə rayonun Sarvan kəndində baş verib.
Naməlum şəxslər banklardan birinin bankomatından 155 min manat oğurlayıblar. Bankomatın qaynaqla kəsildiyi bildirilir.