26 sentyabr Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsi - referendumla əlaqədar "ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq.

Unikal.org-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər.

27 sentyabrdan isə vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.