"Space telekanalında "Hər gün xəbərlər proqramına aparıcılıq edən Günay Rəhimova işdən ayrılıb.

Unikal.org axşam.az-a istinadən bildirir ki, açıqlama verən aparıcı işdən öz istəyi ilə uzaqlaşdığını bildirib:

"Xüsusi bir problemim olmadı. İşdən öz istəyimlə ərizəmi yazıb getdim. Hər kəslə mehribancasına sağollaşdım. Daha gözəl işlər üçün "Space"dən ayrıldım. Planda başqa telekanalla işbirliyi var".

Qeyd edək ki, G.Rəhimova "Xəzər telekanalında "Bizim gün, "Liderdə "Tezdən oyan verilişinə aparıcılıq edib.