Sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl başa çatdırılıb.
Unikal.org xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib:
"Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonları üzrə sentyabrr ayının 10-u, respublikanın digər rayon və şəhərləri üzrə isə sentyabr ayının 20-i tarixində tam yekunlaşıb.
E.Babayev deyib ki, ümumiyyətlə, il ərzində Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.