"Azərbaycanda məzarlıqlarla bağlı yeni qanun layihəsi hazırlanıb və bu qanuna əsasən yaxın gələcəkdə ölkəmizdə təhlükəli xəstəlik daşıyıcısı olan şəxsin meyiti yandırılacaq. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, elə xəstələr var ki, onları basdırmaq olmaz, nəşi yandırılmalıdır. Çünki elə xəstəliyin daşıyıcısı ola bilər ki, torpağa qarışdıqdan sonra yayılma ehtimalı böyük ola bilər. Ona görə layihədə təhlükəli xəstəlik daşıyıcısı olan ölənin nəşinin yandırılması məsələsi də əksini tapıb.

Unikal.org İslam dini meyitin yandırılmasına icazə verib-verməməsi ilə bağlı bir sıra məsələləri aydınlaşdırmağa çalışıb.

İslam dininə əsasən meyyiti yandırmaq düzgündür?
Image result for islam dini

İslam dininə əsasən meyyitlər yuyulmalı və kəfənlənib torpağa basdırılmalıdır.

"Qurani-Kərimdə bildirilir ki, bu iş insana Allah tərəfindən öyrədilib. Belə ki, qardaşının (Habilin) meyitini (cəsəd) nə edəcəyini bir qarğanın hərəkətlərindən öyrənən Qabil (Həzrəti Adəmin oğlu, Habilin qardaşı): "Vay mənim halıma! Mən bu qarğa qədər də ola bilmədim-¦ Qardaşımın cəsədini basdırmaqda aciz qaldım! (Maidə, 5/31), - demişdir və biz bunu Qurandan öyrənirik. Başqa ayələrdə də ölünün dəfn olunmalı olduğuna dair işarə vurulmuşdur.1

Ölünün torpağa verilməsi ətraf mühitin təmizliyi, sağlamlıq, insana olan hörmətin qorunub saxlanılması və ölümü yada salmaq baxımından bir çox hikmətləri ehtiva edir .2

Bununla yanaşı, peyğəmbərimizdən (s. a. v.) insan cəsədi ilə əlaqədar olaraq (Həzrəti Aişə yolu ilə) belə bir hədis nəql olunmuşdur:

"Ölünün sümüyünü sındırmaq onu diri vaxtı sındırmaq kimidir.3

Yəni, diri vaxtı kiminsə sümüyünü sındırmaq düzgün olmadığı kimi, ölünün sümüyünü qırmaq da düzgün deyil. Meyyiti yandırmaq da bu cəhətdən qiymətləndirilməlidir.

ADP sədri Sərdar Cəlaloğlu moderator.az-a bunun İslam dininə zidd olmadığını vurğulayıb:

Image result for sərdar cəlaloğlu

"Bəzi xəstəliklər var ki, bu xəstəlikdən vəfat edən şəxslərin basdırılması xəstəliyin yayılması təhlükəsi yaradır. Meyitlərin məhz bu cür hallarda yandırılması nəzərdə tutulur. Qədimdə də taun və digər ağır yoluxucu xəstəlikdən vəfat edənlərin meyitləri yandırılırdı. Meyitlərin yandırılması dəfn adəti kimi deyil, xəstəliklərin yayılma təhlükəsini önləyən bir tədbir kimi zəruri məqamlarda həyata keçirilə bilər. Bu, islam dininə zidd deyil.

Teoloq Elşad Miri sputnik.az-a bildirib ki, layihədə nəzərdə tutulan, meyitin yandırılması məsələsini düzgün hesab etmirəm. 
Image result for Elşad Miri
"Peyğəmbərin dövründə böyük bəlalardan biri kimi qəbul edilən taun xəstəliyi var idi. Amma bunun yoluxucu xəstəlik olmasına baxmayaraq, heç bir zaman bu insanların yandırılması ilə bağlı nə bir qərar, nə də bir hökm var. O insanlar da dəfn edilirdi. Bir insan özünün yandırılmasını istəmirsə, normal bir şəkildə dəfn edilməsini istəyirsə, buna qarşı necə gəlmək olar? Ona görə də bu, yanaşma doğru deyil", -” o, açıqlamasında bildirib.

Elşad Miri yoluxucu xəstəliklərin torpağın altından yayılma ehtimalını real hesab etmir: "Hindistanda yoluxucu xəstəlik olub-olmamasına baxmayaraq meyiti yandırırlar. Onda bu məntiq ilə belə çıxır ki, Hindistanda heç bir yoluxucu xəstəlik olmamalıdır. Amma bu gün Dünya Səhiyyə Təşkilatı heç də bunu təsdiq etmir. İnsanın normal olaraq torpağa dəfn edilməsi daha yaxşıdır. Çünki, torpağa basdırılanda o demək deyil ki, oradakı xəstəliklər hamısı üzə çıxacaq, insanlar yoluxub öləcəklər". Digər müddəalara gəlincə, E. Miri ilə dində başdaşı anlayışının olmadığını deyib: "Sadəcə bir insan vəfat edəndə onun baş tərəfinə adi bir daş qoyulur. Eyni standartda məzarların olması o baxımdan yaxşıdır ki, cəmiyyət, insanlar arasında mövcud olan bəhsin aradan qaldırılmasına şərait yarada bilər. Eyni şəkildə dəfn olunma yaxşı ola bilər. Ümid edirəm ki, bu, başqa bir korrupsiyaya səbəb olmasın. Yəni, özəl məzarlıqlar olsun, hər kəsi istədiyi kimi başdaşı, sinədaşı qoysun". 


Məsələni şərh edən tibb mütəxəssisi Rasif Bağırov meyitin yandırılmasını vacib hesab etmir: "Ağır infeksion xəstəlikləri, hansının təhlükə yarada biləcəyini Səhiyyə Nazirliyi müəyyənləşdirir. Xarici ölkələrdə həmin xəstəliklərdən ölənlərin torpağa tapşırılması adi qaydada olmur. Bunlara dərmanlar, dezinfeksiyaedici maddələr vurulur, sonra torpağa tapşırırlar".
Image result for tibb mütəxəssisi Rasif Bağırov
R. Bağırovun sözlərinə görə, infeksiyaların yayılması xətalıdır: "Bu, yayılanda onun qabağını almaq çox çətin olur. İnfeksion xəstəlikdən ölənlərin böyük əksəriyyəti həmin o dezinfeksiya qaydalarından keçməlidir. Sadəcə, bu günləri demək olar ki, bu xəstəliklərə tutulanlara heç rast gəlinmir, çox az olur. Ona görə də müəyyən tədbirlərin görülməsinə də ehtiyac qalmır".