Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org -a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 m² sahədə mətbəx mebeli, havatəmizləyici və qaz sobası yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.