Bu gün "Xəzər televiziyasında "Səni axtarıram verilişi yenidən efirə çıxacaq. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, müxtəlif səbəblərdən bir birilərindən ayrı düşmüş insanları birləşdirən görüşdürən proqram bir il sonra yenidən yayımlanacaq.Hər bazar saat 22:00 da yayımlanacaq proqramı verilişin yaradıcısı və layihə rəhbəri tanınmış jurnalist Xoşqədəm Hidayətqızı aparacaq.

Qeyd edək ki, proqram 2015 ci ildə 5 il yayımlandığı Atv kanalında fəaliyyətini dayandırıb və daha sonra Ans telekanalında yayım davam etdirilib. Burada isə MTRŞ-ın məlum qərarı ilə verilişin yayımı dayandırılıb.