Unikal.org "Lenta.ru saytına istinadla xəbər verir ki, İsveçrənin "Silhouette şirkəti modern üslubda "Atelier Collection optik linzalı eynək kolleksiyasını satışa çıxarıb. Bu eynəklərin hazırlanmasında çəhrayı, sarı və ağ qızıl, habelə qiymətli daşlardan istifadə olunub. Ən ucuz eynəyin qiyməti 13 min dollardır.

"Titanium meet`s Gold kişi eynəyinin qızıl tağları əllə cilalanıb. "Art de Fleurs qadın eynəyi 72 brilyant və yaqutla bəzədilib. Yaqutlar mavi və ya çəhrayı sapfirlə əvəz edilə bilər.

Bu ilin iyununda "Damiani şirkəti də "Mimosa gün eynəyi kolleksiyasını qızıl və brilyant sağanaqlı eynəklərlə tamamlamışdı. Kolleksiyaya üç model daxil idi.