Milyonlarla nöqtə bir araya gəlir və ortaya möhtəşəm bir rəsm əsəri çıxır.

Bu nöqtələri isə mükəmməlcəsinə bir araya gətirən məhz insandır.

Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, dünyanın bir çox ölkəsində yayılmış sənət növü olan stiplinq texnikasına ölkəmizdə də maraq var. Stiplinq nöqtələrin müxtəlif çoxluqda birləşməsi ilə kölgənin yaranması deməkdir. Bu janra bənzər dudl-art üslubu da xeyli maraqlıdır.

Hacı Zeynalabdin Tağıyev, Bakı şəhəri və Ankaranın şəklini nöqtələrlə çəkən həmyerlimiz Rəcəb İsmayilovu siz də tanıyın.