Qazax rayon sakinin ilan sancıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Aslanbəyli kənd sakini 2009-cu il təvəllüdlü Aysu Mustafa qızı Qəmbərli sağ əlin ilan sancması xəsarəti ilə Qazax Müalicə Diaqnostika mərkəzinə çatdırılıb.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.