Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başlayıb.
Unikal.org "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, prezidentin başçılığı ilə yüksək səviyyəli nümayəndə heyətini hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb.
İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edib. APA-nın İran müxbiri xəbər verir ki, rəsmi qəbul mərasimi Sədabad sarayında təşkil olunub. 
 Azərbaycan prezidenti İlham Əliyev İrana geniş tərkibli nümayəndə heyəti ilə səfər edib. Səfər zamanı Azərbaycanla İran arasında əməkdaşlığa dair 10-dan çox sənədin imzalanacağı gözlənilir.