"Rəis" filmində prezident Rəcəb Tayyib Ərdoğanı canlandıran məşhur aktyor Reha Beyoğlu Türkiyə rəhbəri ilə ilk görüşündən danışıb.
Unikal.org xəbər verir ki, o, AA agentliyinə açıqlamasında bildirib ki, Ərdoğan onu iftar süfrəsinə dəvət edib.
"Prezidentimiz içəri girdi, təqdim edildi, hər kəs ayağa qalxdı. Hər kəsin gözündə parıltılı sevgi var idi. Şükürlər olsun belə bir liderimiz var. Allah xeyirli, uzun ömürlər nəsib etsin. Prodüserimiz Fatih Ay məni prezidentə təqdim etdi. Mən yanına getdim və onun gözündə möhtəşəm bir enerji gördüm. Göz gözə gəldik. Əyildim əlini öpmək istədim, 'Əstafurullah' dedi. Söhbət etdik, filmin necə çəkildiyini soruşdu. O mənə İnşallah filimi izləyəcəyəm dedi. Ərdoğan daha sonra prodüserə 'Nə qədər mənə bənzər birini tapmısınız, bir an gəncliyimi onda gördüm' ifadəsini səsləndirdi. Bu məni çox şərəfləndi."