Rusiya Suriyadakı vətəndaş müharibəsini daha da alovlandırır.

Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, bunu amerikalı hərbçilər qarşısında çıxışı zamanı ABŞ Müdafiə naziri Eşton Karter söyləyib.

Onun sözlərinə görə, Rusiyanın Suriyadakı fəaliyyəti ABŞ antiterror kampaniyasına təsir göstərmir:
"Ruslar deyirdilər ki, Suriyada savaşıb, vətəndaş müharibəsinin dinc yolla başa çatmasına çalışacaqlar. Lakin onların dedikləri ilə etdikləri tamam başqa şeylər oldu. Onlar Suriyada vətəndaş müharibəsini alovlandırırlar. Bunu siz son günlər də müşahidə etdiniz.