Çində sərnişinlə dolu avtobusu yandıran Ma Yunpin edam edilib.
Unikal.org report-a istinadən xəbər verir ki, sentyabrın 29-da ölkənin Ali Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib və barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb.
İttihama görə, Ma Yunpin bu cinayəti şəxsi münaqişə zəminində kin və nifrət hissi ilə törədib.
Qeyd edək ki, bu il yanvarın 5-də o, Çinin Ninci-Xuey muxtar bölgəsində sərnişinlə dolu avtobusu yandırıb. Hadisə nəticəsində 18 nəfər ölüb, 32 nəfər isə yaralanıb.