"Forbes jurnalı 2016 ildə ən çox pul qazanan məşhurların siyahısını açıqlayıb.
Unikal.org qafqazinfo-ya istinadən gözəllikləri qədər gəlirləri də müzakirə olunan 10 məşhur modelin siyahısını təqdim edir:
Gisele Bündchen 33 milyon dollarlıq sərvəti ilə lider olub. Braziliyalı model təqaüdə ayrılsa da, məşhur brendlərlə əməkdaşlıq etməyə davam edir.
Adriana Lima isə 10,5 milyon dollar gəliri ilə siyahıda 2-cidir. " Victoria 's Secretin modeli "Maybellie və "IWC" saatlarıyla əməkdaşlıq edir.
Kendall Jenner 10 milyon dollar gəliri ilə siyahıda 3-cüdür. Ötən il 16-cı sırada olan Jenner bu il böyük uğur əldə edib.
Karlie Kloss 10 milyon dollarlıq gəliri ilə 4-cü sıradadır. 2015-ci ilə nisbətən iki dəfə daha çox qazanan model "Loreal, "Express, "Swarovski kimi brendlərlə əməkdaşlıq edir.
Cara Delevingnenin 2016-cı ildə əldə etdiyi gəlir 8.5 milyondur.
Candice Swanepoelin bu illik gəliri 7 milyon dollardır.
Model Liu Wenin7 milyon dollar dəyərində gəlir əldə edib. O, "Anna Sui, "Victoria 's Secret, "Vidal Sassoon, "Mango kimi markaların siması olub.