ABŞ-ın rəhbərliyi altında İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın son 30 gündə İraq və Suriyada həyata keçirdiyi hava zərbələri nəticəsində İŞİD terror təşkilatının 18 lideri zərərsizləşdirilib.
Unikal.org -un "Lenta.ruya istinadən verdiyi məlumata görə, ABŞ Silahlı Qüvvələrinin İraq və Suriyadakı komandasının nümayəndəsi bildirib ki, zərbələrin hədəfləri kapitanlar, xarici muzdlular, koordinatorlar və İŞİD-in informasiya ötürücüləri olub.