Araşdırmaçı jurnalist Aqil Ələsgər a24.az saytına bildirib ki, Azərbaycanda FETO-çular Misir Mərdanovla da qohumluq əlaqələri qurublar: "Misir Mərdanovun çox yaxın qohumu "Zaman qəzetinin Kanadaya gedən Azərbaycan təmsilçisi Faruk Arslanın həyat yoldaşı idi. Qohumluq əlaqələri ilə yanaşı bunlar yuxarı dairələrlə işgüzar münasibətlər də yaratdılar.
Məsələ ilə bağlı Unikal.org-un əməkdaşı sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxlayıb.
O məsələyə belə münasibət bildirirb: "Haqqımda səsləndirilən heç bir ittihama cavab verməyəcəm. Çünki mən buna hazır deyiləm.