"Məhərrəmlik ayında dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir. Dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir".
Unikal.org xəbər verir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişilliklərlə artıq bu hallara yol verilmir.
M.Qurbanlı əlavə edib ki, bütün dini tədbirlər məscidin içərisində və əhatəsində olmalıdır: "O cümlədən müxtəlif dini atributları da nümayiş etdirmək olmaz. Bu, yalnız məscidin daxilində olmalıdır. Əminəm ki, hamı bu qanuna əməl edəcək. Biz bu barədə geniş izahat işi aparmışıq. Şənbə günü bizim bölgə şöbə müdirlərinin iştirakı ilə müşavirə keçirəcəyik. Burada da yenə tapşırıqlar veriləcək. O cümlədən, gələn həftə şeyxülislam Allahşükür Paşazadə ilə birgə Lənkərana birgə səfərimiz olacaq. Biz orada bu məsələləri bir daha müzakirə edəcəyik".
M.Qurbanlı qeyd edib ki, məhərrəmlik ayının