"Sahibkarlara qarşı hər hansı müdaxilənin qarşısı alınsın. Bu məqsədlə də Cinayət Məcəlləsinə xüsusi maddə salınsın.
Unikal.org xəbər verir ki, bu təkliflə millət vəkili Fəzail Ağamalı parlamentin bugünkü sessiyasında çıxış edib.
Deputat xatırladıb ki, bu günlərdə Konstitusiyaya edilən dəyişikliklərdə də sahibkarların fəaliyyəti ilə bağlı məsələlər nəzərə alınıb: "Bu aspektdən yanaşdıqda da sahibkarların fəaliyyətinə daha geniş şərait yaratmaq lazımdır.