Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Bəxtiyar Əliyev Böyük Britaniya parlamentinin üzvü baronessa Kerolayn Koksun Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirmək haqqında fikirlərini tənqid edib.

Unikal.org-un məlumatına görə, B.Əliyev deyib ki, hər zaman ermənipərəst mövqeyi ilə seçilən Koks dağlıq Qarabağa gələrək separatçı rejimin əsgərləri qarşısında çıxış edərək bildirib ki, "siz burada xristianlığı müdafiə edirsiniz: "Ancaq Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda isə britaniyalı parlamentari tolerantlıqdan danışır. Bu, təhlükəli tendensiyadır.

Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, artıq ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yeni formada dünya ictimaiyyətinə çatdırmağa çalışır və bu istiqamətdə iş aparır: "Bu da ondan ibarətdir ki, ermənilər Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirərək təqdim etməyə çalışırlar. Mən bu barədə bu yaxınlarda AŞPA-ya üzv ölkələrin parlament sədrlərinin toplantısında da çıxış edərək, Ermənistanın bu siyasəti haqqında məlumat verdim. Bildirdim ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirməyə çalışır.

Britaniyalı parlamentarinin Bakıda səsləndirdiyi fikirlərə gəldikdə isə, O.Əsədov bildirib ki, "Baronessa Koks heç bilmir ki, atası kimdir. O, atasını da tanımır.