Tanınmış müğənni Manaf Ağayev Akif Çovdarovun işində adı keçən şəxsin məhkəməsində ifadə verəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
O, Unikal.org-a açıqlamasında deyib ki, bu barədə yayılan informasiya yanlışdır: "Akif Çovdarov hara, mən hara? O məni tutmayıb, məndən pul almayıb. O insanı heç vaxt görməmişəm, tanımıram. Gülməli xəbərlər yayırlar. Bu tamamilə yalan məlumatdır. Bu gün dostum, yerlim "Real MTK-nın təsisçisi və rəhbəri İlham Qasımovun Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Dost kimi məhkəmədə iştirak etmişəm. Mənim də onun binasında evim və "qarajım var. Məhkəmədə bu dindirilmədən söhbət gedə bilməz.