Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırıq və tövsiyələrinə uyğun olaraq rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bölgədə növbəti görüşünü keçirib.

Unikal.org-a Nazirlikdən verilən xəbərə görə, qurumun aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə Şəmkir şəhərində keçirilmiş görüşdə Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.

Vətəndaşların müraciətləri əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib. Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

R. Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Regional səfər çərçivəsində R. Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Müşavirədə sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti və vətəndaş şikayətləri üzrə geniş müzakirə aparılıb. Aparılan işlərdə və islahatlarda əsas məqsədin vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsi olduğu diqqətə çatdırılıb.

Toplantıda R. Quluzadə müvafiq sahə rəhbərlərinə işlərində ciddi dönüş yaradılması ilə bağlı tapşırıqlar verib.
nazir ramin quluzade semkirde vetendaslari qebul edib
nazir ramin quluzade semkirde vetendaslari qebul edib
nazir ramin quluzade semkirde vetendaslari qebul edib