Yaponiyada iş stresi səbəbiylə problem yaşayan qadınlar onları rahatlaşdıracaq kişilər sifariş edə bilərlər.

Unikal.org milli.az-a istinadən bildirir ki, 7.900 yen (78 dollar) qarşılığında göz yaşlarını silmək üçün 'Ikemeso' - yəni yaraşıqlı bir kişi sifariş edilə bilər.

Bunun üçün şirkətə zəng edib, yaraşıqlı yeddi kişidən birini seçirlər. Daha sonra həmin şəxs qadını stresdən azad etmək üçün onun iş yerinə gəlir.

Kişi ofisə daxil olarkən qadın ağlayırsa, yumşaq bir dəsmalla göz yaşlarını silir və nəzakətli sözlərlə ona təsəlli verir. Qadın işlə əlaqədar stresdən hələ ağlamağa başlamayıbsa "Ikemeso" həmin qadına ağladacaq romantik bir film izlətdirir və film bitdikdən sonra da göz yaşlarını silir.
Belə də iş olar? - Qadınlar kişi sifariş edirlər - FOTO
Belə də iş olar? - Qadınlar kişi sifariş edirlər - FOTO
Belə də iş olar? - Qadınlar kişi sifariş edirlər - FOTO
Belə də iş olar? - Qadınlar kişi sifariş edirlər - FOTO