Oktyabrın 1-də Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü Lənkəranda da qeyd edilib.

Unikal.org-a daxil olan məlumata görə, İcra başçısı Taleh Qaraşov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq işçiləri Heydər Əliyev Xatirə parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Prokurorluqda da bayram tədbiri keçirilib. Rayon prokuroru Elçin Məmmədov kollektivi təbrik edib, prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan danışıb.

Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu -  Lənkəranda