Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində 3 oktyabr 2016-cı il tarixdən etibarən yüksək təzyiqli qaz borularının dəyişdirilməsi işlərinə start veriləcək.
"Azəravtoyol" ASC-dən Unikal.org-a verilən məlumata görə, bu üzdən sözügedən tarixdə səhər saat 10:00-dan etibarən 15 gün müddətinə Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülər alternativ olaraq Zığ-Suraxanı avtomobil yolundan yolundan istifadə edərək yenidən Hövsan yoluna çıxmaqla və ya Zığ-Hava limanı avtomobil yolundan (beton yol) istifadə edərək birbaşa
Hövsan qəsəbəsinə daxil olmaqla hərəkət istiamətlərinə uyğun yollarına davam edə bilərlər.
"Azəravtoyol" ASC yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir!