Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) 26-cı Dövr ikinci qanunvericilik ilinin açılışına qatılıb.

Unikal.org -un "Postaya istinadən verdiyi məlumata görə, Ərdoğanı TBMM-in girişində Qvardiya Alayının yerinə polislərdən ibarət manqa komandası qarşılayıb. Bu, TBMM tarixində ilk hadisə kimi dəyərləndirilir.

Xatırladaq ki, Türkiyədə 15 iyulda baş vermiş hərbi çevriliş cəhdindən sonra Prezidentin Qvardiya Ordusunun tərkibində FETÖ-yə bağlı əsgərlərin olduğu məlum olmuşdu. Buna görə də Qvardiya Alayı ləğv edilmişdi.

Ərdoğanın TBMM-ə gəlişi ilə ilk yaşandı -  Foto