Sinay yarımadasının şimalında, El-Ariş şəhərindən cənubda fuqas mərmisinin partlaması nəticəsində Misirin beş hərbi qulluqçusu həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı Misirin təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Hələlik hadisəni təfərrüatları barədə ətraflı məlumat verilmir.

"Mansheet" portalı isə partlayış zamanl 9 hərbçinin öldüyünü bildirib. Məlumata görə, onlar ağır vəziyyətdə hospitala yerləşdiriliblər və orada ölüblər.