Roma Papası Fransiskin Azərbaycana səfəri başlayıb.

Unikal.org-un xəbərinə görə, Heydər Əliyev adına hava limanında qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və qarşılayıb.
Səfər çərçivəsində Roma Papası ilk öncə Bakıdakı katolik kilsəsində dini ayin keçirəcək. Sonra Fransisk Bakıdakı katolik kilsəsində rahiblərlə birgə nahar edəcək. Daha sonra Roma Papası və Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü və Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulub.
Səfər proqramına, həmçinin, Roma Papası Fransiskin bütün Qafqazın şeyxi, QMİ rəhbəri Allahşükür Paşazadə və ölkənin dini icmalarının rəhbərləri ilə görüşü də daxildir.
Bundan başqa, Fransisk "Heydər Məscidi və Şəhidlər Xiyabanına baş çəkəcək. Roma Papasının Bakıya səfəri bu gün axşam başa çatacaq.
*****
8:13
Bu gün Roma Papası Fransiskin Azərbaycana birgünlük səfəri baş tutacaq.

Unikal.org-un xəbərinə görə, səfər çərçivəsində Roma Papası ilk öncə Bakıdakı katolik kilsəsində dini ayin keçirəcək.
Sonra Fransisk Bakıdakı katolik kilsəsində rahiblərlə birgə nahar edəcək. Daha sonra Roma Papası və Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü və Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulub.
Səfər proqramına, həmçinin, Roma Papası Fransiskin bütün Qafqazın şeyxi, QMİ rəhbəri Allahşükür Paşazadə və ölkənin dini icmalarının rəhbərləri ilə görüşü də daxildir.
Bundan başqa, Fransisk "Heydər Məscidi və Şəhidlər Xiyabanına baş çəkəcək.
Roma Papasının Bakıya səfəri bu gün axşam başa çatacaq.
Qeyd edək ki, Roma Papasının Azərbaycana səfəri "Hamımız qardaşıq şüarı altında həyata keçiriləcək.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, Roma Papası Fransiskin Azərbaycana səfəri Qafqaza ikinci apostol səfəri çərçivəsində baş tutur. Bundan əvvəl Fransisk Gürcüstanda iki günlük səfərdə olub. Roma Papası bu ilin iyununda İrəvana səfər etmişdi.
""Hamımız qardaşıq şüarı "Matfeydən İncildə yer almış kəlamlardan (23,8) və roma-katolik kilsəsinin "bütün insanlar vahid ailənin bir hissəsi olaraq, qardaşlığa və dostluğa çağırılır təlimindən ilhamlanıb, - deyə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, planlaşdırılan səfər Roma Papasının sayca 16-cı xarici səfəridir.