Mosulun azad olunması üçün başlanan əməliyyatlar İraq dövlətinin planıdır.
Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Vaşinqtonda mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib.
"Bu əməliyyatlara hansı ölkələrin qatılmasına ABŞ hökuməti yox, İraq qərar verəcək. Bunu biz müəyyən etmirik. Bu məsələ ilə bağlı Türkiyə ilə müzakirə aparmamışıq. Mosul və Başika böhranı İraq və Türkiyə hökuməti arasında olan mövzudur, biz buna qarışa bilmərik. İraqın qonşuluğundakı dövlətlər bu ölkənin ərazi bütövlüyünün pozulmasına səbəb olmamalıdır, - Kirbi bildirib.