Türkiyədə yaşayan tanınmış aktrisa Məlahət Abbasova oğlu ilə eyni serialda çəkilir.
Unikal.org bildirir ki, o, bu haqda milli.az-a danışıb.
"Oğlum Uğur da mənimlə birgə TRT-də yayımlanan "Sevda quşun qanadında" adlı serialda çəkilir. Bu serialda o, kiçik bir roldadır. Oğlum əslində aktyor deyil, sadəcə rejissorumuz Tuncay Altıntop istədi ki, o oynayaraq alışsın. Oğlumu çox çətinliklə bu rolu oynamağa yola gətirdik. Uğur kinooperatorluq kursunda oxuyur. Gələcəkdə kinooperator olmaq istəyir", - deyə aktrisa bildirib.




