Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku jurnalının baş redaktoru Leyla Əliyevanın qızlığa götürdüyü Əminə ilə birgə çəkilən yeni fotosu yayılıb.

Unikal.org xəbər verir ki, şəkil L.Əliyevanın rəsmi "İnstagram səhifəsində "LiveLife haştaqı ilə paylaşılıb.

Bloqda həmçinin L.Əliyevanın əl işi ilə məşğul olarkən çəkilən kiçik videosu da yerləşdirilib.

Xatırladaq ki, L.Əliyeva Əminəni 2015-ci ildə övladlığa götürüb. Onun həmçinin müğənni-bəstəkar Emin Ağalarovla nikahından Əli və Mikayıl adlı əkiz övladı var.

L.Əliyevanın qızı Əminə olan fotosunu və sözügedən videosunu təqdim edirik: