Evləndikdən bir ay sonra əri tərəfindən tərk edilən qadın daha bir şok yaşayıb.
Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, Büşra Onger 3 ay əvvəl Can Onger adlı oğlanla ailə qurub.23 yaşlı Can Onger toydan bir ay sonra 25 yaşlı həyat yoldaşı Büşranı tərk edib. Canın qardaşı Ali isə "qardaşımın psixi problemi var və içki düşkünüdür. Ailə həyatı qanunsuz sayılmalıdır" deyərək məhkəməyə müraciət edib. İstanbul Anadolu Ailə Məhkəməsinin qərarına əsasən, Can Ongerin evlilik zamanı seçim etmə bacarığında olmadığı, onun psixoloji problemi olduğu qeyd edilib.Ongerin 2 ildir psxioloji problemdən və içki asılılığından müalicə aldığı bildirilib.
Cana atası Memduh Ongerin ölümündən sonra böyük miqdarda miras qalıb. O, son ildə 3 milyon 400 min dollar pul xərcləyib. Büşra isə məhkəməyə müraciət edəcəyini deyib. O, ifadəsində "Bir halda ki içki düşkünü və əqli problemi var idi, onda niyə o qədər pulu Cana verirdilər?" O, Canın 2 aydır aktrisa Çağla Bade Türe ilə görüşdüyünü də qeyd edib: "Cana qarşı boşanma iddiası qaldıracağım təqdirdə təzminat ödəməli olacaqdılar. Bu səbəbdən evliliyi ləğv etmək üçün məhkəməyə müraciət ediblər".Büşra sonuna kimi hüquqi müstəvidə mübarizə aparacığını deyib.