Almaniyanın paytaxtı Berlində Ukrayna üzrə "Normand dördlüyü liderlərinin görüşü keçirilir.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland, Rusiya prezidenti Vladimir Putinvə Ukraynanın dövlət başçısıPyotr Poroşenko iştirak edirlər.

Dörd ölkə lideri Ukraynanın cənub-şərqindəki vəziyyəti, Donbasda seçkilərin keçirilməsi, təmas xəttindən qoşunların geri çəkilməsi və s. məsələləri müzakirə edir.

Görüş çərçivəsində tərəflərin eləcədə Suriyadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.