"Mənim 3 milyard dollarlıq sərvətim olduğunu iddia edənlər məclis kürsüsünü kirlədirlər.Bunu sübut edə bilməsəniz, alçaqsınız".
Unikal.org axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə büdcə müzakirələri zamanı HDP-dən olan millət vəkillərinin irəli sürdükləri "Ərdoğanın 3 milyard dollarlıq sərvəti var" iddialarına münasibət bildirərkən deyib.
"Dünən Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı PKK-nın köləsinə çevrilən partiya (HDP) mənsubları yenə ləyaqətimə toxundular. Hər müzakirələrdə prezidentə hücum edirlər. 3 milyard dollarlıq sərvətim olduğunu iddia edənlər məclis kürsüsünü kirlədirlər. Mən burdan o alçaqlara demək istəyirəm ki, bu iddianızı sübut etməlisiniz.