Bu gün axşam saat 20:30 radələrində Gəncə şəhərindəki Şah İsmail Xətai prospektində piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.
Unikal.org Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhər sakini Ramin Rüstəmov idarə etdiyi "İsuzu" markalı avtobusla hərəkəttə olarkən, yolu keçmək istəyən piyada - 68 yaşlı Gəncə sakini Mustafa Mərdanovu vurub.
Yaralı dərhal Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Vəziyyəti orta-ağır qiymətləndirilir.