Əfqanıstanda narkotik becərilən torpaq sahələri 2015-ci illə müqayisədə 10 faiz artıb.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat "France Press" agentliyində yer alıb.
BMT-nin narkotik və cinayətlərlə məşğul olan idarəsinin hesabatına görə, bu il narkotik istehsalının 43 faiz artaraq 4.6 min ton olacağı gözlənilir.
Məlumata görə, 2015-ci ildə narkotik istehsalı 3.3 min ton olub. Əfqanıstanın narkotiklərlə mübarizə naziri Salamat Əzimi bildirib ki, narkotiklərin 93 faizi ölkənin cənub, şərq və qərb hissəsində becərilir.