Mafiyanın məskəni İtaliyada dəhşətli döyülmə faktı qeydə alınıb.

Unikal.org milliyyet-ə istinadən bildirir ki, paytaxt Romada bir qrup gənc gəldikləri kazinoda 42 yaşlı seneqallı qumarxana sahibi ilə mübahisə edib, ardınca isə səlahiyyətlini vəhşicəsinə döyüblər.

Ona qarşı təşkil edilən hücumun səbəbsiz yerə olduğunu bildirən şəxs 40 gün xəstəxanada müalicə alıb.

İstintaqı davam etdirən polislər təqsirkarları həbs ediblər.