Hollivud aktrisası Sandra Ballak gələn ilin aprelində ailə qurmağa hazırlaşır.
Unikal.org-un məlumatına görə, bu barədə aktrisaya yaxın mənbələr "Radaronline qəzetinə məlumat veriblər. Məlumata əsasən, aktrisa öz keçmiş model və fotoqraf sevgilisi Brayan Rendol ilə gələn ilin aprelində evlənməyi düşünür.
"Sandranın toyu gözlənilən kimi möhtəşəm olmayacaq. Amma o, toyunu yadda qalan etmək üçün Almaniyadakı saraylardan birində keçirməyi düşünür. Onun uşaqlığı Almaniyada keçib və o, alman dilində mükəmməl danışır. Hətta, Almaniya ona öz vətəni ABŞ-dan daha doğmadır. Sandranın ikili vətəndaşlığı da var. O, artıq uşaqları və sevgilisi ilə Almaniyaya gedərək, evlilik üçün seçdiyi məkanı onlara göstərib", - deyə Sandranın yaxın dostları məlumat veriblər.