Bakının Qaradağ rayonunda kişi özünü bıçaqlayıb.

Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib. 45 yaşlı Süleymanov Dünyamin Bünyad oğlu hələlik məlum olmayan səbəbdən özünün qarın nahiyəsinə iki bıçaq zərbəsi vurub. Çoxlu qan itirən D.Süleymanovu küçədə görən şəxslər 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralı dərhal əməliyyat olunub. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə barədə polisə xəbər verilib. Faktla bağlı araşdırma aparılır.