Hindistanın şimalında avtobusun dərəyə aşması nəticəsində azı 16 nəfər həyatını itirib, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Unikal.org xarici KİV-lərə istinadla xəbər verir ki, insident Himaçal-Pradeş ştatının rayonlarından birində baş verib.

Qəza nəticəsində yaralanan insanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin təfərrüatları və qəzanın baş vermə səbəbləri hələ ki, məlum deyil.