Gəncə şəhərində 26 yaşlı piyadanı avtomobil vurub.
Unikal.org-un "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Hadisə Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Adıgözəlova Aygül Qulu qızı yolu keçmək istəyərkən baş verib. Müxtəlif bədən xəsarətləri alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.