"Balamın birinə görə peşmanam, amma o birilərinə görə yox". Qaradağ Rayonu 38-ci Polis Şöbəsinin əməkdaşları 43 yaşlı Ağayar Məhərrəmovu saxlayıblar.
Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, onun üzərinə baxış zamanı 1 kibrit qutusu marixuana aşkar edilib. Ağayar Məhərrəmovun evindən aşkar edilən narkotik vasitənin ümumi çəkisi 40 kiloqramdan çox olub. O, narkotiki öz istifadəsi üçün əkib-becərdiyini deyir.
Ağayar Məhərrəmov - Saxlanılan şəxs: "Öz istifadəm üçün qışda əkmişəm. Heç kimə satmıram. 25 ildir ki, hər 5 ildən bir 10 ildən bir nə vaxt bitəndə əkirəm, tütün kimi qəlyana qoyub, çəkirəm". Əvvəllər qəsdən adam öldürmə və oğurluq cinayətlərinə görə məhkum edilən Ağayar Məhərrəmov bu əməlinə görə də peşman olduğunu bildirib.
Ağayar Məhərrəmov - Saxlanılan şəxs: "Tutulmağıma balamın birinə görə peşmanam. Qalanı böyüyüblər. Ən azından əlləri çörək tutur". Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.