Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 246-cı kilometrliyində, Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.
![](http://ads2.newmedia.az/www/delivery/lg.php?bannerid=5584&campaignid=887&zoneid=446&OABLOCK=86400&OASCAP=1&loc=http%3A%2F%2Fnews.lent.az%2Fnews%2F258717&referer=http%3A%2F%2Fnews.lent.az%2Fnews%2F258714&cb=6caea8d7f3)
"90 CC 120 dövlət nömrə nişanlı "Toyota Prado" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Bakı şəhər sakinləri 1955-ci il təvəllüdlü Nizami İslam oğlu Musayev, 1960-cı il təvəllüdlü Həmidə İbrahim qızı Əliyeva və Tərtər rayon sakini 1968-ci il təvəllüdlü Məhbubə Musa qızı Abbasova ağır xəsarət alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
![](http://news.lent.az/upload/images/news/2016/november/06/big/c398e455fccf5ef7facb1687543d6072.jpg)
![](http://news.lent.az/upload/images/news/2016/november/06/big/a3c68c5853a5cc7e8cc53e987cc48786.jpg)